Əhmədova Aytən Arzulla qızı

Aytan Ahmadova

17.08.1983-cü ildə anadan olmuşdur.1989-1999-cu illərdə  Gəncə şəhəri M.Qasımov adına 23saylı tam orta məktəbdə təhsil almışam. 1999-2000-ci tədris ilində GDU-nun Azərbaycan dili və ədəbiyyat ixtisasına qəbul olmuşam. 2003-2005-ci illərdə GDU-nun magistratura şöbəsində təhsilimi davam etdirmişəm. 2005-ci ildən GDU-nun Azərbaycan dilinin tədrisi kafedrasında işləyirəm.

14 elmi məqaləm var. 2012-ci ildən doktorantura şöbəsində təhsil alıram. GDU-nun Azərbaycan dilinin kafedrasının dissertantıyam. “Müasir Azərbaycan dilində qoşmanın leksik qrammatik xüsusiyyətləri” dissertasiya mövzusu üzərində işləyirəm. Mövzu ilə bağlı 6 məqalə çap etdirmişəm. 3 fənn proqramının müəllifiyəm. Yeni təlim metodları ilə bağlı 2 sertifikatım var. Slavyan Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş Beynəlxalq konfransda iştirak etmişəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinda keçirilən elmi konfransda məruzə etmişəm.

Hal-hazırda GDU-nun Azərbaycan dilinin tədrisi kafedrasının baş müəllimiyəm.

Ümumi əmək stajı  – 10 ildir.