Yel çərşənbəniz mübarək!

Xalq arasında “Külәk oyadan çәrşәnbә”, “Külәkli çәrşәnbә” kimi tanınan Yel çәrşәnbәsi ilaxır çәrşәnbәlәrin üçüncüsüdür. Müasir zamanımızda isә Yel çәrşәnbәsi xalqın arasında Külәk çәrşәnbәsi kimi dә çağrılır.
Әlbәttә yelin insanların düşüncәsindә havanın mәnasını kәsb edir vә insanların hәyatın yaranışından etibarәn onunla nәfәs aldığını vurğulayır. Lakin bәzәn sadәcә yel, külәk kimi dә mәnalandıran tәdqiqatçılar olmuşdur. Baharın gәlişi ilә havaların dәyişmәsi, durmadan hәzin külәklәrin vә mehlәrin olması insan alәmindә dә müxatәlif dәyişikliklәrә yol açır.
Xüsusәn rayonlarda vә kәndlәrdә yaşayan insanların әkin – biçinindә, onların zәmilәrindә hәzin külәklәrin olması torpağın yavaş – yavaş oyanmasına işarәdir. Üçüncü çәrşәnbә sayılan yel digәrlәrindәn insanların fәaliyyәtlәrinә vә adәt ­ әnәnәlәrindә әks olunan fәrqliliklәrә görә seçilir. Mәhz bu çәrşәnbә günü bütün evlәrdә tәmizlik işlәrinә başlanılır. Xüsusәn qadınlarımız, qızlarımız evdә tam mәnada tәmizliyә riayәt etmәyә başlayırlar. Hәr bir xanım evindәki yorğan, döşәyi havaya atır vә onun tәzә gәlәn bahar nәfәsilә yenilәnmәsini, çıxan günәşin tәsiri altında daha da tәmizlәnmәsini istәyirlәr. Hәmçinin evlәrdә hәr tәrәf silinib, tәmizlәnir, palazlar, xalçalar çırpılır, şüşәlәr, pәncәrәlәr silinmәyә başlanılır.
Ümumiyyәtlә isә insanlar yelin yәni külәyin insanlara xoş vә şirin tәsürratlar gәtirәcәyini inanırlar. Yel çәrşәnbәsindә әsәn külәklәr bir gün әrzindә bir neçә dәfә istiqamәtini dәyişir. Hәtta külәklәrin durmadan siti vә soyuq olmasına da rast gәlmәk mümkündür. Bu da әvvәlki çәrşәnbә olan Od çәrşәnbәsindә qeyd etdiyimiz Boz ayla әlaqәdar olaraq formalaşır. Bu çәrşәnbә dә digәrlәrindә olduğu kimi hamının qapısında, hәyәtindә tonqallar qalanır. Eyni ilә digәr çәrşәnbәlәrdә olduğu kimi yenә insanlar bu tonqalların üzәrindәn tullanırlar.