Qəmbərova Sevinc Baris qızı

Filologiya üzrə fəlsəfə doktoru

Qısa bioqrafik məlumat

18 dekabr 1982-ci ildə Qərbi Azərbaycan da anadan olmuşdur. 2000-ci ildə Göygöl şəhərinin 1 saylı tam orta məktəbini bitirmişdir. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr dərəcəsi, 2004-2007-ci illərdə isə BDU-da Türkiologiya ixtisası üzrə magistr dərəcəsi almışdır. 2011-2015-ci illərdə Gəncə Dövlət Universitetində doktorant olmuşdur. 2005-2014-cü illərdə GDU-nun Azərbaycan dilinin tədrisi kafedrasında laborant, 2014-2015-ci tədris ilindən isə həmin kafedrada müəllim kimi çalışır.

20-dən çox elmi məqalənin və tezisin müəllifidir. 4 fənn proqramına həmmüəllifdir.

Ümumi əmək stajı  -12 ildir.