Aylıq Arxiv: Dekabr 2019

Filologiya fakültəsinin tələbələrinin uğuru

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin final mərhələsi keçirilib. Tələbələrimizdən Azərbaycan dili və ədəbiyyatı ixtisasının tələbələri- Lamiyə Verdiyeva, Nərmiyyə Əlnağıyeva, Sona Məmmədova,  Naridə Sanıyeva, Zeynəb Qurbanlı II yer tutmuşlar.

Davamı

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin anım günüdür….

Bu gün xalqı və vətəni qarşısında misilsiz xidmətləri olan Ümumilli Liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır”deyən Ulu Öndərmizi iftixarla yad edir. Azərbaycanın Ümumilli Lideri, yeni Azərbaycanın memarı Heydər Əliyevin xatirəsi bizim qəlbimizdə daim yaşayır və yaşayacaq.

Davamı

Fakültəmizin əməkdaşları Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Əhməd Cəfəroğlunun xatirəsinə həsr olunmuş konfransda

10 dekabr 2019-cu il tarixdə Gəncə Dövlət Universitetində  Türk dünyasının görkəmli şəxsiyyətlərindən biri, məşhur türkoloq, ədəbiyyatşünas, şərqşünas və dilçi professor, araşdırmaları ilə təkcə Türkiyədə yox, eləcə də Avropada şöhrətlənən filologiya elmləri doktoru Əhməd Cəfəroğlunun xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir. 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra Əhməd Cəfəroğlu da da bir çox millətçi […]

Davamı

Tələbələrimiz iməcilikdə

Gəncə Dövlət Universitetinin Filologiya faküləsinin tələbələri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etmişlər. Bu aksiya həm dahi Azərbaycan şairi İmadəddin Nəsiminin tanıdılması və təbliği, həm də ətraf mühitin qorunmasına yönəldilmişdir.

Davamı

gənc müəllim Gülnar hüseynovanın uğurlu keçən açıq dərsi

4 dekabr 2019-cu il tarixdə Filologiya fakültəsinin Azərbaycan ə dünya ədəbiyyatı müəllimliyi ixtisasında Gülnar Səfər qızı Hüseynovanın Aaərbaycan ədəbiyyatı tarixi – 4 fənnindən “Nəsrdə yeni ədəbi qüvvələrin yaradıcılıq axtarışlarının genişlənməsi : Ə.Məmmədxanlı, İ.Əfəndiyev, H.Abbaszadə, Ə.Cəfərzadə, X.Hasilova” mövzusunda açıq dərsi keçirilmişdir. Dərs müasir təlim texnologiyaları əsasınada, aktiv şəkildə reallaşmışdır. Dərs prosesində əyani vəsaitlərdən, slaydlardan istifadə olunmuşdur. […]

Davamı

Aytən Əhmədovanın “Azərbaycan dilindən praktikum” adlı dərs vəsaiti işıq üzü görüb.

Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən Arzulla qızı Əhmədovanın “Azərbaycan dilindən praktikum” adlı dərs vəsaiti işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış 288 səhifədən ibarət dərs vəsaitinin elmi redaktoru prof. T.Quliyev, rəyçilər prof. M.Yusifov, prof. M. Hüseynov, f.e.d. Y.Əliyevdir. Dərs vəsaiti bakalavr pilləsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası […]

Davamı