Aylıq Arxiv: Oktyabr 2018

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşı Səba Namazova “Tətbiqi dilçiliyin müasir problemləri”mövzusunda III Beynəlxalq elmi konfransda

Oktyabrın  25-26-da  Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Böyük  Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar, eləcə də ADU və respublikanın digər ali məktəblərinin  akademik heyəti iştirak etmişdir. Konfransın işində “Birinci eksperimental və müqayisəli […]

Davamı

Fakültənin əməkdaşları Beynəlxalq Elmi konfransda iştirak ediblər

Oktyabrın  23-24-də Bakı Konqres Mərkəzində  “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan MEA-nın birgə təşkilatçılığı ilə reallaşan konfransda 50 ölkədən 150-dək xarici qonaq iştirak etmişdir. Konfransda qeyd edilmişdir ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən göz oxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu elmi […]

Davamı

Universitetin Filologiya fakültəsinin əməkdaşları “Uluslararası Kars Alimləri Simpozium”unda

Türkiyənin Qars şəhərində  20-21 oktyabr tarixlərində  Beynəlxalq Qars Alimləri Simpozyumu təşkil olunmuşdur. Simpoziuma dünyanın bir çox ölkələrindən, o cümlədən, Azərbaycan, Misir, Tunis, Qatar, Amerika, Avropa və Türkiyənin bir çox məhşur universitetlərindən alimlər qatılmışdır. Konfransın açılış mərasimində universitetin rektoru prof.dr.Sami Özcan, Qars  Bələdiyyə Başqanı Murtaza Karaçanta, Qars Valisi Rahmi Doğan və başqaları çıxış etdilər. Sonra simpozium […]

Davamı

Gəncə şəhərindəki 22 saylı tam orta məktəbdə prof. Mübariz Yusifovun açıq dərsi keçirilmişdir

2018-ci il oktyabrn 26-da Filologiya fakültəsinin  dekanı prof.  Mübariz Yusifov şəhərin 22 saylı tam orta məktəbində “Nitq mədəniyyətinin prinsipləri, üslubları və linqivistik normaları” mövzususnda açıq dərs aparmışdır. Dərsdə 22 saylı məktəbin və şəhər məktəblərinin ixtisas müəllimləri, universitetin filologiya fakültəsinin əməkdaşları iştirak etmişlər. Professor Mübariz Yusifovun apardığı dərsdə nitq mədəniyyəti barəsindəki ənənəvi təsəvvürlərdən fərqli olaraq tamamilə […]

Davamı

Aygün Əhmədovanın “Füzulinin həyatı və lirikası” mövzusunda açıq dərsi keçirilib

24 oktyabr 2018-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Əhmədova Aygün Mədət qızının Filologiya fakültəsinin Filologiya  ixtisasının II kursunda Ölkə ədəbiyyatı tarixi fənnindən “Füzulinin həyatı və lirikası” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Filologiya fakültəsinin tədris-metodiki şuranın sədri Nadir Kubışev, monitorinq komissiyasının üzvü dos.Zakir Əhmədov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. […]

Davamı

Fakültədə Hüseyn Cavidin yubileyi ilə bağlı tədbir keçirilmişdir

24 oktyabr 2018-ci il tarixdə Filologiya fakültəsində Azərbaycanın böyük şair və dramaturqu  Hüseyn Cavidin anadan olmasının 136  illik yubileyi münasibətilə  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının təşkil etdiyi ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva, fakültənin dekanı prof.Mübariz Yusifov, tədris-metodiki şurasının sədri b.m. Nadir Kubışev, professor-müəllim heyəti  və tələbələr  iştirak etmişlər. Azərbaycan […]

Davamı

Nazəndə Hacıyevanın açıq dərsi

 22 oktyabr 2018-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi Hacıyeva Nazəndə Sabir qızının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasının II4 qrupunda Azərbaycan romanının inkişaf tarixi fənnindən “Tarixi roman qəhrəmanları” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Filologiya fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev, monitorinq komissiyasının üzvü dos.Zakir Əhmədov, Azərbaycan və dünya […]

Davamı

Fakültədə Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib

Bu günlərdə Filologiya fakultesində dekanlığın və ictimai təşkilatların birgə hazırladıqları Dövlət müstəqilliyi gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə fakültənin humanitar məsələlər üzrə dekan müavini Nadir Kubışev açmışdır. Azərbaycan və dünya ədəbviyyatı kafedrasının dosenti Qivami Qazıyev “Dövlət müstəqilliyimiz daim qorunacaq”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Vüqar Abbasov “Heydər Əliyev müstəqilliyimizin qarantıdır”, Azərbaycan dili […]

Davamı

Sevinc Qənbərovanın açıq dərsi

17 oktyabr 2018-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qənbərovanın Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının 2³ qrupunda “Linqivistik təhlilin metodikası”  fənnindən “Leksik təhlilin metodikası” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə kafedra müdiri prof. Telman Quliyev, prof.Mübariz Yusifov, dos.Solmaz Cəfərova, dos.Tahirə Quliyeva, baş müəllim, f.f.d. Mehriban Məmmədova, baş müəllimlər […]

Davamı